19 Noyabr 2016 12:14
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mişel Obamanın modelyeri yeni birinci xanım Melana Trampla əməkdaşlıqdan imtina edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb Donald Trampın səsləndirdiyi fikirlər olub.

Fransız mənşəli modelyer Sofi Telle bu qərarını tivitter hesabında yayıb: “Səkkiz il Mişel Obamanı geyindirmək mənim üçün böyük şərəf idi. Növbəti birinci xanım üçün geyim hazırlamayacam və onunla heç bir əməkdaşlıq etməyəcəm.

Onun ərinin irqçi, şovinist və ksenofobiyanı təbliğ edən fikirləri bizim əsas tutduğumuz dəyərlərə ziddir”.

Telle bu qərarını açıqlamaqla qalmayıb, həmkarlarını da bu addımı atmağa səsləyib.

Pərvin


Müəllif:

Oxşar xəbərlər