Nyu-Yorkun Manhetten rayon andlılar məhkəməsi Venesuela prezidenti Nikolas Maduronun iki qohumunu narkotik qaçaqmalçıları ilə əlbir olmaqda ittiham edərək həbsə alıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə “Assoşeyted Press” agentliyi məlumat yayıb.
Həmin şəxslər ABŞ-a narkotik qaçaqmalçılığında ittiham olunurlar. Andlılar öz qərarlarını bir sutkaya yaxın davam edən müşavirədən sonra açıqlayıblar.
Franki Fransisko Flores-de-Freytas və Efrain Antonio Kampo-Floresbıli 2015-ci ilin noyabrında Haitinin paytaxtı Port-o-Prens şəhərində həbs olunublar. Onlar ABŞ-a 700 kiloqramdan artıq kokain aparmaq istəyiblər. Ada dövlətinin hakimiyyəti onları ABŞ hüquq-mühafizə orqanlarına təhvil verməyi qərara alıb.
Venesuelalılar ABŞ-ın narkotiklərin dövriyyəsinə qarşı mübarizə idarəsinin təyyarəsi ilə Nyu-Yorka göndəriliblər.
Saxlanılanlar Venesuela prezidenti Nikolas Maduronun xanımı Siliya Floresin bacısı oğlanlarıdır.
Prokurorluq orqanlarının məlumatına görə, onlar 2015-ci ilin oktyabrında narkotik partiyasını Honduras vasitəsilə ABŞ-a çatdırmaq planını müzakirə etmək üçün Venesuela ərazisində görüşüblər. Daha sonra planı həyata keçirmək üçün inanılmış şəxsə müraciət ediblər. İnanılmış şəxs isə ABŞ-ın narkotiklərin dövriyyəsinə qarşı mübarizə idarəsinin gizli agenti olub.
KİV-in məlumatına görə, o, özünü inanılmış şəxs kimi göstərmək üçün venesuelalılardan 1 kiloqram kokain alıb. Bu və digər görüşlər videolentə alınıb. Videolentlər cinayət işinə əlavə olunub.
Səxavət