19 Noyabr 2016 13:59
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa İŞİD-ə qarşı döyüşən beynəlxalq koalisiyanı Rakka əməliyyatlarına başlamağa çağırıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Fransa hökumətinin nümayəndəsi Stefan le Fol danışıb. O bildirib ki, strateji cəhətdən əhəmiyyətli olan Rakkanın azad edilməsi İŞİD-in məhvini asanlaşdıracaq:

"Hələlik şəhərə hücumla bağlı heç bir addım atılmır. Ancaq qüvvələr buna hazırdır. Hücum tez bir zamanda baş tutmalıdır".

Samir


Müəllif:

Oxşar xəbərlər