20 Noyabr 2016 08:04
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin Sinay yarımadasında fəaliyyət göstərən “Vilayəti Sina” qruplaşmasının üzvləri tanınmış sufi şeyxi Süleyman Əbu Hərrazı edam ediblər. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, terrorçular yaşı 100-dən çox olan şeyxi Əl-Əriş şəhərindəki evinin qarşısına çıxarıblar və dizi üstə çökdürərək başını kəsiblər.

“Əl-Ərəbiyyə” telekanalı edam səhnəsinin əks olunduğu bəzi şəkilləri yayımlayıb.

Bölgədə sufizm təriqətinin rəmzi hesab edilən Süleyman Əbu Hərraz Sinay yarımadasında böyük nüfuza malik dini rəhbər olub.


Qeyd edək ki, Şimali Sinay bölgəsində baş verən terror aktlarının əksəriyyətini “Vilayəti Sina” qruplaşması törədib. “Vilayəti Sina” üzvləri 2014-cü ildə İŞİD lideri Əbu Bəkr Əl-Bağdadiyə sədaqət andı içərək, qruplaşmanı İŞİD-in Misirdəki qolu elan ediblər.


Müəllif:

Oxşar xəbərlər