20 Noyabr 2016 08:35
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yüzlərlə bolqar paytaxt Sofiyada qanunsuz miqrantlara qarşı aksiyada iştirak ediblər. Bu barədə “Report” TASS agentliyinə istinadən xəbər verir.

“Biz Bolqarıstanda miqrantları görmək istəmirik, biz istəyirik ki, ölkəmizə alicənab insanlar gəlsinlər”, - aksiya iştirakçıları bildirib.

Etirazçılar ölkəyə miqrant axınının qarşısının alınması tələbini irəli sürüblər. Onlar qaçqınların yerləşdiyi düşərgələri bağlamaq və qeyri-leqal gələnlərin ölkədən çıxarılmasını tələb ediblər.


Müəllif:

Oxşar xəbərlər