20 Noyabr 2016 17:13
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin Qərargah rəisi Hulusi Akar NATO Parlament Assambleyasının 62-ci müdafiə və təhlükəsizlik toplantısında çıxışından sonra deputatların suallarını cavablandırıb.

Teleqraf.com xəbər verir ki, erməni deputat Koryun Nahapetyanın qondarma soyqırımı ilə bağlı sualına cavab olaraq Hulusi Akar deyib ki, biir sıra ölkənin qondarma erməni soyqırımını tanımaları heç nəyi dəyişmir: “Hər bir ölkə şəxsi maraqlarından irəli gələrək bu məsələyə münasibət bildirirlər. 16-cı əsrdə Qaliley Yer kürəsi fırlanır dedikdə, bütün dünya “fırlanmır” deyirdi. Bu heç bir halda Yerin fırlanmasına dair faktı dəyişmədi. Bu mənada bütün dünya “soyqırımı olub” desə də, bu hansısa soyqırımının olmadığına dair faktı dəyişmir.

Erməni deputatın “Əsgərləriniz İraqdan nə vaxt çıxacaq” sualına cavab olaraq Hulusi Akar qeyd edib ki, Türkiyənin İraq və Suriyanın ərazi bütövlüyünü pozduğuna yönəli bu sual, realllıq nəzərə alınmadan verildiyi üçün, ya cahillikdir, ya da bura da çirkin niyyət var. Bizim İraq və Suriyanın ərazi bütövlüyü ilə bağlı heç bir problemimiz yoxdur. Erməni deputat bunu bilmədən sual verirsə, deməli pis niyyətlidir və yalan danışır. Ya son dərəcə cahilsiz, ya dap is niyyətlisiz.. Bunun başqa izahı yoxdur. Türkiyənin Hələblə bağlı konkret münasibəti yoxdur. Biz ora mərmi də atmırıq. Bu, müzakirə mövzusu deyil. Mütləq erməni deputat bu gün öz ordu rəhbərlərilə danışıb Suriyada nə baş verdiyini öyrənməlidir. Türkiyə silahlı qüvvələrinin Hələbə bir mərmi belə atdığını sübut edən olsa istefa verərəm. Bu tərbiyəsizlikdir, iftiradır, yalandır, əxlaqsızlıqdır”.

Ayxan


Müəllif: