Hindistanın şimalında yerləşən Kanpur şəhərinin yaxınlığında sərnişin qatarı qəzaya uğrayıb.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, qatarın 14 vaqonu relsdən çıxaraq aşıb.
Hadisə nəticəsində azı 110 nəfər həlak olub, 200-ə yaxın şəxs xəsarət alıb.
Hindistanın baş naziri Narendra Modi Tvitter hesabında faciə ilə bağlı xalqa və qurbanların ailələrinə başsağlığı verib.