21 Noyabr 2016 13:09
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı milyarder Telman İsmayılovun qardaşı Rafiq İsmayılov Rusiyada həbs olunub.

Teleqraf.com life.ru-ya istinadən xəbər verir ki, o, rusiyalı biznesmen Vladimir Savkin və onun tanışı Yuriya Brilevanın qətlində şübhəli bilinir. R.İsmayılovla yanaşı killer Mehman Kərimov da həbs olunub:

"İsmayılov və Savkin iri ticarət-istirahət kompleksinin şəriki olub. Kompleks İsmayılov tərəfindən 10 milyon dollara satılıb. O, pulun bir hissəsini - 5,5 milyon dollarını Savkinə verməli imiş. Ancaq bundan boyun qaçırıb. Savkin pulu istəyəndə isə İsmayılov killeri Kərimov vasitəsi ilə onu qətlə yetirib. Faktla bağlı araşdırmalar davam edir".

Qeyd edək ki, qətl hadisəsi 2016-cı ilin mayın 16-da Moskva yaxınlığındakı Novorijsk magistralında baş verib. Polislər yolda dayanmış "Toyota Land Cruiser" markalı avtomobildə 2 nəfərin cəsədini aşkar ediblər.

Samir


Müəllif:

Oxşar xəbərlər