Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın adı BBC teleradio korporasiyasının 2016-ci il üçün tərtib etdiyi 100 ən nüfuzlu qadın siyahısında yer alıb. Teleqraf.com-un məlumatına görə, o, “Siyasət” kateqoriyası üzrə nominant olub.
“O, informasiya departamenti və çap sahəsinə rəhbərlik edən ilk qadındır. O, özünün döyüşkən və parlaq üslubu ilə təəssürat yaradıb”, deyə Zaxarovanın qısa bioqrafiyasında bildirilir.
Zaxarova ilə yanaşı “Siyasət” kateqoriyası üzrə ən nüfuzlu qadınlar siyahısına Fransanın sabiq ədliyə naziri Raşida Dati, pakistanlı ictimai xadim Karima Bəluc, Honkonqdan müğənni və aktivist Deniz Ho və Konqo Demokratik Respublikasından siyasi aktivist Alina Mukovi Neema daxil olub.
Rusiya XİN-in rəsmi nümayəndəsindən əlavə, Rusiyadan siyahıda idmançı Yuliya Stepanova yer alıb.
Səxavət