Yaponiyanın Fukuşima şəhərində 7,3 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Yaponiya Meteorologiya idarəsi məlumat verib.
Hadisədən sonra bölgədə sunami təhlükəsi xəbərdarlığı edilib.
Yeni Zelandiyanın Şimal adasında da güclü zəlzələ baş verib. Maqnitudası 5,6 bal olan zəlzələnin episentri yerin 37 kilometr dərinliyində olub. Olaylar zamanı dağıntı və tələfatla bağlı məlumat verilmir.
Samir