22 Noyabr 2016 11:02
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə cinsi təcavüzlə bağlı irəli sürülən qanun layihəsi ləğv edilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Türkiyənin baş naziri Binali Yıldırım məlumat verib:

"Bu qanayan yaradır. Hakim partiyanın əsas prinsipi problemləri həll etməkdir. Belə bir layihə hazırladıq. Birdən qiyamət qopdu. Səhv başa düşüldü. Bəziləri elə fikirləşdi ki, təcavüz edənlər əfv olunacaq. Ancaq belə bir şey yoxdur. Dedik ki, təklifiniz varsa, açıqlayın və problemi həll edək. Çağırışımız cavabsız qaldı və bizim təklifimizi siyasi məqsədlər üçün istifadə edib, gündəmi qarışdırmağa çalışdılar. Layihəmizi ləğv etdik. Hamının fikrini soruşacağıq. Bu problem mütləq həll olunacaq. 3800 nəfər çətin vəziyyətdədir. Bunu nəzərə almalıyıq".

Qeyd edək ki, sözügedən qanun layihəsində cinsi təcavüz edənlərin öz qurbanları ilə evlənməsi təklif olunurdu.

Samir


Müəllif:

Oxşar xəbərlər