22 Noyabr 2016 13:09
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Fətullah Gülənin rəhbərlik etdiyi terror təşkilatı ABŞ-da keçirilən prezident seçkilərində Demokratların namizədi olan Hillari Klintona seçki kampaniyasının təşkili üçün maliyyə yarıdmı göstərib".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib:

"Donald Tramp kampaniyasını öz hesabına həyata keçirib. O, bu seçkiyə qədər heç vaxt siyasətlə məşğul olmayıb. Ancaq onun rəqibi özü gücünə inanann təcrübəli siyasətçi olub. O, hansı mənbədən maliyyələşib? FETÖ ABŞ-dakı seçkilərdə Klintona yardım göstərən təşkilatlardan biri olub".

Ərdoğan bildirib ki, Trampın qələbəsi ABŞ siyasi həyatında yeni dövrün başlanğıcıdır. O əlavə edib ki, Trampın seçkiqabağı kampaniya zamanı səsləndirdiyi fikirlərə baxmayaraq, müsəlmanlara qarşı aqressiv olacağına inanmır.

Samir


Müəllif:

Oxşar xəbərlər