22 Noyabr 2016 16:21
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paris prokuroluğu Fransa prezidenti Fransua Ollandın sənədlərinin oğurlanması ilə bağlı istintaqa başlayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə ilə bağlı "Le Monde" qəzetinin 2 müxbiri saxlanılıb. Onlara qarşı "dövlət sirrini yayma" ittihamı irəli sürülüb.

Məlumatlara görə, Olland 2013-cü ilin avqustun 30-da qəzetə müsahibə verdiyi zaman sənədləri yoxa çıxıb: "Sənədlər arasında Fransaya məxsus qırıcıların Suriyada həyata keçirməyi planlaşdırdığı əməliyyatların başlama vaxtı ilə bağlı məlumatlar da olub. Onlar bu ilin avqustun 23-də birgə yayımladığı məqalədə bu məlumatlardan istifadə edib. Cerard Davet və Fabrisio Lhomme həbs olunublar".

Yerli mediada bu hadisənin Fransada gələn il keçiriləcək prezident seçkiləri zamanı Ollandın nüfuzuna zərər yetirəcəyi ilə bağlı məlumatlar yer alıb.

Samir


Müəllif:

Oxşar xəbərlər