Türkiyədə ölüm hökmünün bərpa etsə, bu ölkə Avropa İttifaqına üzv olmaq istəmədiyini nümayiş etdirəcək.
Teleqraf.com xəbər verir ki, bunu Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Moqerini bildirib.
O, qeyd edib ki, Türkiyənin nə istədiyini anlamaq lazımdır.
Moqerini qeyd edib ki, Ankara və Brüssel, Türkiyənin Aİ-yə üzvlüyünə dair danışıqlar prosesinin dayandırılmasından yalnız uduzacaqlar.