Kikboksinq üzrə dəfələrlə dünya çempionu olmuş idmançı Musa Musayev Almaniyada öldürülüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, Noy-Ulmedəki evinin qarşısında güllələnib.
Polisdən verilən məlumatlara görə, üzü maskalı naməlum şəxs Musayevə atəş açdıqdan sonra hadisə yerindən qaçıb. Hazırda onun axtarışları davam edir.
Qeyd edək ki, 37 yaşlı idmançı "Prince Team" komandasının kapitanı, Tatarıstan prezidentinin fiziki hazırlıq və idman məsələləri üzər məsləhətçisi olub. 2013-cü ildə o, Almaniyaya gəlib və idmançı karyerasını burada davam etdirib.
Samir