Rusiya prezidenti Vladimir Putin prezidentin işlər idarəsi, bir sıra nazirliklər və Federal təhlükəsizlik xidmətinə çalışan və sonradan akademik olan məmurları kadr dəyişikliyi ilə hədələyib.
Teleqraf.com TASS-a istinadla xəbər verir ki, Vladimir Putin elm və təhsil şurasının Kremldə keçirilən iclasında Akademiyanın rəhbəri Vladimir Fortovdan, qadağaların olmasına baxmayaraq, məmurlara elmi dərəcələrin verilməsinin səbəblərini soruşub.
Fortov isə iddiaçıların bütün tələblərə cavab verdiklərini bildirib.
“Deməli onlar böyük alimdirlər. Hesab edirəm ki, onların elmlə məşğul omasına imkanı yaratmaq lazımdır.Çünki onların elmi fəaliyyəti, hakimiyyət və idarəçilik orqanlarında hansısa bir administrativ öhdəlik yerinə yetirməkdən qat-qat vacibdir”deyə Putin bildirib.