Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç yenidən siyasətə qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Yanukoviç hazırda Donbasdakı müharibənin bitməsini hər şeydən çox arzuladığını deyib: "Siyasətə qayıdıb-qayıtmayacağıma gəlincə, hazırda vətənimdə gedən müharibənin qurtarması yenidən siyasətə qayıtmağımdan daha vacibdir. İndi ancaq Donbasdakı vəziyyət barədə düşünürəm".
Nərgiz