Venesuela prezidenti Nikolas Maduro Kuba inqilabının lideri Fidel Kastronun ölümü ilə əlaqədar öz ölkəsində 3 günlük matəm elan edib.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, Maduro bundan öncə Kuba rəhbəri Raul Kastroya başsağlığı verib. Venesuela prezidenti həmçinin Karakasda Fidel Kastronun xatirəsinə həsr olunan mərasim keçirmək niyyətindədir. Tədbir Kastronun silahdaşı Uqo Çavesin dəfn olunduğu yerdə keçiriləcək.
Nihad