Amerika Birləşmiş Ştatlarının nüfuzlu qeyri-hökumət qurumlarından olan Amerikan-İslam əlaqələri təşkilatı məlumat yayıb.
Teleqraf.com türk mətbuatına istinadən xəbər verir ki, Kaliforniya əyalətində üç məscidə islamofob və irqçi ifadələrlə dolu məktublar gəlib.
Təşkilatın rəhbərinin verdiyi açıqlamada məktublarda Amerikanın daha əvvəlki kimi olmayacağı, ölkəni təmizləməyə müsəlmanlardan başlayacaqlarını, Trampın dövründə müsəlmanlara Hitlerin yəhudilərə elədiklərinin təkrar olunacağını yazıblar.
Məktublarda müsəlmanlar barədə “Şeytanın balaları”, “Alçaq və çirkin məxluqlar” ifadələri işlənib.
Təşkilat öz açıqlamasında polisi ayıq olmağa səsləyib.
Sevinc