27 Noyabr 2016 17:25
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Semnan əyalətində sərnişin qatarlarının toqquşması ilə bağlı dövlət dəmiryolu şirkətinin rəhbəri, nəqliyyat nazirinin müavini istefa verib.

Trend-in "İRNA"ya istinadən verdiyi məlumata görə, Aqxaye istefa barədə yerli televiziya kanallarının birində çıxışı zamanı bəyanat verib. Aqxaye əlavə edib ki, ilkin məlumatlara görə, insident insan amili səbəbindən baş verib.

Qeyd ədək ki, qəza cümə günü İmamşehr şəhərində dəmir yolu stansiyasında baş verib. Nəticədə dörd vaqon relsdən çıxıb, daha ikisi isə yanıb. Son məlumatlara görə, 45 nəfər həlak olub.


Müəllif:

Oxşar xəbərlər