27 Noyabr 2016 19:39
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 27-də Cənubi Koreyada yüz minlərlə adam prezident Park Geun-hyenin istefası tələbiylə etiraz aksiyası keçirib.

 

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, aksiya paytaxt Seulda, Prezident Sarayının yaxınlığında baş tutub.

Aksiyada 1 milyon yarım adam iştirak edib. Etirazçılar prezidenti korrupsiyada ittiham edib.

Aksiyada müxtəlif təbəqələrdən adamların iştirak etdiyi bildirilir.

Dekabrın 9-da ölkə parlamenti Park Geun-hyenin hakimiyyətdə qalıb-qalmaması ilə bağlı səsvermə keçirəcək.


Müəllif:

Oxşar xəbərlər