Misir təhlükəsizlik qüvvələri Suveyş şəhərində ekstremist qrupu zərərsizləşdirib.
Misir Daxili İşlər Nazirliyi ekstremist qrupun Sinay yarımadasındakı terrorçularla əlaqəli olduğunun və dövlət orqanlarına, polisə qarşı terror aktları planlaşdırdığının üzə çıxdığı barədə məlumat yayıb.
Ekstremist qrup həm də partlayıcı qurğu hazırlamaqla məşğul olub. Sorğu zamanı saxlanılanlar elan edilən ittihamları qəbul ediblər.
Qeyd edək ki, Misir iki ildən artıqdır ki, mürəkkəb coğrafi şəraitə malik olan Sinay yarımadasının şimalında cəmləşən terrorçu qruplara qarşı antiterror əməliyyatı aparır.
/APA/