27 Noyabr 2016 23:52
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Filippinin hökumət qüvvələri İŞİD terror qruplaşmasına sədaqət andı içmiş 11 nəfəri ölkənin cənubunda məhv edib.

"Report"un məlumatına görə, bu barədə "Mignews.com" hərbçilərə istinadən xəbər verib.

Məlumata görə, İŞİD-ə yaxın silahlı birləşmələrdən olan "Maute Group"un üzvləri ilə toqquşmalarda 4 əsgər yaralanıb. Polkovnik Edqard Arevalo qruplaşma üzvlərinin İŞİD bayrağını qaldırdıqları bildirib.

"Bunu gözləmək lazım idi, çünki onlar çoxdan xarici terror qruplaşmasına sədaqət andı içiblər", - deyə o bildirib.


Müəllif:

Oxşar xəbərlər