28 Noyabr 2016 00:52
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin cənub-şərqində xarici media təşkilatlarının iki əməkdaşı saxlanıb.

Teleqraf.com "Amerikanın Səsi"nə istinadla bildirir ki, bu media qurumunun reportyoru Xacican Farqin noyabrın 26-da Diyarbakırda saxlanıb. Onun saxlanmasının səbəbləri bildirilməyib.

BBC isə xəbər verir ki, onun müxbiri Hatice Kamer noyabrın 26-da Sirvan şəhərində saxlanıb. Müxbir mis mədənində 11 nəfərin ölümünə gətirən uçqun barədə məlumat hazırlayırmış.

Kamer noyabrın 27-də azadlığa buraxılıb. Kamerin özü Almaniyanın WDR radiosuna telefonla deyib ki, onu azadlığa buraxandan sonrabildiriblər ki, ona qarşıPKK-ya dəstək ittihamı irəli sürülə bilər.

Türkiyədə son aylar 170-dən çox media bağlanıb, 120 jurnalist həbs olunub.


Müəllif:

Oxşar xəbərlər