Yaponiyanın qərbindəki Osaka şəhərində Santa Klaus paltarı geyinmiş altı min nəfər xeyriyyə yürüşündə iştirak edib.
Teleqraf.com xəbər verir ki, toplanan vəsaitin xəstə uşaqlar üçün Milad bayramı hədiyyələrinin alınmasına sərf olunacağı bildirilir. Fiziologiya və tibb sahəsində Nobel mükafatı laureatı Sinya Yamanaka iştirakçılar qarşısında çıxış edərək bildirib ki, bu xeyirxah addım xəstə uşaqlara xoş təsir bağışlayacaq.