28 Noyabr 2016 12:35
1 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Con Kerri postundan gedənə qədər Rusiya ilə Suriya məsələsində razılıq əldə etməyə çalışacaq.

Teleqraf.com xəbər verir ki, bu sözlər politoloq Coş Rocinin "The Washington Post" qəzetində dərc edilmiş məqaləsində yer alıb.

Onun sözlərinə görə, Kerrini Hələbdəki vəziyyətlə yanaşı, yeni seçilmiş prezidenti Donald Trampın Moskva ilə başqa anlaşma imzalayacağı narahat edir: "Kerri düşünür ki, yeni sazişə görə ABŞ suriyalı müxalifləri deyil, Suriya prezidenti Bəşər Əsədi dəstəkləyəcək".

Rocin əlavə edib ki, hazırda dövlət katibi "səhnə arxasında" yeni diplomatik missiya ilə məşğuldur: "Barak Obama administrasiyasının 4 nümayəndəsi mənə dedi ki, siyasi riskə baxmayaraq, bu, Hələbi Rusiya və Suriya qırıcılarından qorumaq üçün yeganə yoldur".

Politoloqun fikrincə, hazırda yalnız Hələb üzrə saziş müzakirə olunur: "Bu razılaşmaya Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə və İranın cəlb edilməsi gözlənilir".

Samir


Müəllif:

Oxşar xəbərlər