28 Noyabr 2016 15:45
423
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD Avropada yeni terror aktları planlaşdırır.

Teleqraf.com "The Times" qəzetinə istinadən xəbər verir ki, bununla bağlı Amerika Silahlı Qüvvələrinin yüksək rütbəli məmurları məlumat yayıb. Məlumatlar Suriyada zərərsizləşdirilən terrorçuların evlərindən götürülmüş sənədlərə söykənir.

General-mayor Rupert Consun sözlərinə görə, sənədlər iyulda Menbiç şəhərindəki terrorçuların sığınacağında aşkar edilib: "Sənədlər ABŞ-ın Küveytdəki bazasına göndərilib və təhqiq edilib. Sənədlər əsasında dekabrın 1-də Fransada terror planlaşdıran 4 şübhəli saxlanılıb. Mosul azad olunsa, dünyda planlaşdırılan terror aktlarını özündə əks etdirən çox sayda kəşfiyyat məlumatları aşkar edəcəyik".

Samir


Müəllif:

Oxşar xəbərlər