“İran Yəmən və Suriyada hərbi-dəniz bazası qura bilər”.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Baqiri bildirib:
“Oman körfəzində olduğu kimi İranın Hərbi Dəniz Qüvvələrinin Hind okeanında mövcudluğuna da ehtiyac var. Biz eyni zamanda, Suriya və Yəməndə də hərbi-dəniz bazası qura bilərik”.
Baqiri İran ərazisindən uzaqda yaradılan hərbi bazanın atom bombasından daha əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
Samir