Almaniyanın "Lufthansa" aviaşirkəti pilotların tətili səbəbindən 29-30 noyabr tarixlərinə planlaşdırılan 1700 reysin təxirə salındığını elan edib.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, Almaniyanın "Vereinigung Cockpit" Həmkarlar İttifaqı pilotları çərşənbə axşamı və çərşənbə günü daha bir tətil etməyə çağırıb.
Beləliklə, aviaşirkətin işi ardıcıl ikinci həftə xeyli məhdudlaşacaq. Ötən həftə Bakıya uçuşlar da daxil olmaqla, təqribən 3 min reys təxirə salınıb.