İranda ölkə vətəndaşlarının xarici media və telekanallara müsahibə verməsinə qadağa qoyulub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsüni Ejei açıqlaam verib.
Onun sözlərinə görə, “əksinqilabçı” telekanallara müsahibə verənlər, bu əməllərinə görə cavabdeh olacaqlar: “Ölkənin Ali Milli Təhlükəsizlik Şurası düşmən ölkələrə məxsus əksinqilabçılar tərəfindən idarə olunan telekanallara müsahibə verilməsinin qadağan olması ilə bağlı qərar qəbul edib. Məhz bunu nəzərə alaraq bildiririk ki, bundan sonra bu qərara riayət etməyənlər və əksinqilabçıların media və telekanallarına müsahibə verənlər məsuliyyətə cəlb ediləcək”.
Samir