28 Noyabr 2016 22:27
1 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Myanmarın Arakan bölgəsində müsəlmanlara qarşı soyqırım törədilir".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı BMT-nin Qaçqınlarla iş üzrə ali komissarlığının xüsusi nümayəndəsi Con Makkissiç məlumat verib.

Onun sözlərinə görə, myanmarlı əsgərlər Banqladeşə köç etdirmək üçün bu bölgədəki kişiləri öldürür, qadınlara isə təcavüz edir: "Bu günə kimi Banqladeşə 30 min myanmarlı müsəlman köç edib. Myanmarda çox dəhşətli hadisələr baş verir. Əsgərlər azyaşlı uşaqlara belə aman vermirlər, müsəlmanların yaşadığı evlərə od vururlar".

Makkissiç bildirib ki, Banqladeş Myanmar hökumətinin sərhədi açmaqla bağlı tələbinə rədd cavabı verib: "Banqladeşin sərhədi açması məsələsi çox çətindir. Çünki, Banqladeş sərhədi açsa, myanmarlı əsgərlər müsəlmanları daha da tez ölkəni tərk etməyə məcbur edəcəklər. Cinayətlərin sayı artacaq".

Köç edənlərdən olan Muhammed Ayaz bölgədə baş verənləri belə izah edib: "Əsgərlər kəndlərə hücum edirlər. Onlar mənim 7 aylıq hamilə həyat yoldaşımı da öldürdülər. 300 kişini qətlə yetirdilər, qadınlara təcavüz etdilər, 300-dən çox ev, dükan və məscid yandırıldı".

Yayılan məlumatlarda bildirilib ki, Myanmar Silahlı Qüvvələrinin əsgərləri 9 hərbçinin öldürülməsindən sonra bu bölgədə əməliyyatlara başlayıb.

Xatırladaq ki, Myanmar ordusu 2013-cü ilin aprelində oxşar cinayətlərlə BMT-nin və dünyanın qınağına səbəb olmuşdu. Həmin dövrdə Myanmar prezidenti olan Zein Sein bütün ittihamları rədd etmişdi.

Samir


Müəllif:

Oxşar xəbərlər