Azərbaycan və Belarus mal dövriyyəsini 700 milyon dollar səviyyəsinə qaldırmağı planlaşdırır.
Teleqraf.com "Belta"ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Bakıda Azərbaycanın dövlət başçısı İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında bildirib.
"Biz gizlətmirik ki, son illər dünya böhranı ilə əlaqədar ticari-iqtisadi əməkdaşlıq sahəsində geriləmişik. Bu gün razılığa gəldik ki, gələn il mal dövriyyəsini 700 milyon dollara çatdıra bilərik. Bu isə ən əlverişli illərdəkinə nisbətdə, demək olar ki, iki dəfə çoxdur", - deyə Aleksandr Lukaşenko bildirib.
Prezident qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq sahəsində xeyli istifadə olunmamış ehtiyat var.
Xüsusilə, Belarus ən müasir müəssisələr quraraq, kənd təsərrüfatı sahəsində Azərbaycanla əməkdaşlığı inkişaf etdirməyə və bazarda daha çox mal ilə təmsil olunmağa hazırdır.