ABŞ-ın Ohayo ştatında silahlı şəxs universitetə hücum edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Ohayo Dövlət Universitetinə edilən hücum zamanı 11 nəfər xəsarət alıb.
Məlumatlara görə, hücumu Somali əsilli tələbə - 18 yaşlı Əbdülrezak Əli Artan törədib. O, universitet mühafizəçisi tərəfindən öldürülüb. Faktla bağlı araşdırmalar aparılır.
Samir