29 Noyabr 2016 14:51
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avropa Birliyinin miqrant böhranı ilə əlaqədar söz verdiyi 3 milyard avronun ilk 1 milyardı hələ də Türkiyəyə çatdırılmayıb".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Almaniyanın iqtisadi inkişaf naziri Gerd Müller deyib.

Onun sözlərinə görə, hazırda Türkiyə üçün toplanan maliyyə yardımının miqdarı 677 milyon avrodur. Müller Avropa Birliyini dərhal Türkiyəyə maliyyə yardımı göstərməyə çağırıb: "Avropa bunu diqqətdə saxlamalı və Türkiyəni bu məsələdə yalnız buraxmamalıdır".

Samir


Müəllif:

Oxşar xəbərlər