29 Noyabr 2016 17:41
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya prezidenti Mişel Temer “Şapekoense” klubunun futbolçularının təyyarə qəzasında vəfatı ilə əlaqədar başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı qəza qurbanlarının yaxınları və əzizlərinin ağrılarını yüngülləşdirmək üçün mümkün olanı edəcəyini bildirib.

Artıq faciəvi hadisə ilə əlaqədar Braziliyada 3 günlük matəm elan olunub. Bununla yanaşı, Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) himayəsi altında keçirilən bütün beynəlxalq oyunlar, o cümlədən Cənubi Amerika Kubokunun final görüşləri qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Konfederasiyanın rəsmi saytında bildirilib ki, belə qərarın verilməsinə Braziliyanın “Şapekoense” klubunun futbolçularının da olduğu sərnişin təyyarəsinin Kolumbiyada qəzaya uğraması səbəb olub.

Xatırladaq ki, “Şapekoense” komandası Kolumbiyaya “Atletiko Nasyonal”la Cənubi Amerika Kubokunun final oyununa yollanarkən təyyarə qəzasına düşüb.

Ən son məlumata görə, qəza nəticəsində 76 nəfər həlak olub. Ümumilikdə faciədən 5 nəfər sağ qala bilib.

Qəzadan sağ çıxanlardan qapıçı Danilu isə xəstəxanada dünyasını dəyişib. İki oyunçu, klub masajçısı və stüardessanın isə vəziyyəti sabit qiymətləndirilir.


Müəllif:

Oxşar xəbərlər