Nyu-Yorkda keçirilən etiraz aksiyaları zamanı nümayişçilər ABŞ bayrağına od vurublar.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə ABŞ-ın yeni prezidenti Trampa məxsus otelin qarşısında baş verib.
Məlumatlara görə, nümayişçilər Trampın ABŞ bayrağı ilə bağlı səsləndirdiyi fikirə görə bu addımı atıblar. Bir müddət öncə Tramp bildirib ki, ABŞ bayrağının yandıran şəxs vətəndaşlıqdan məhrum edilməlidir.
Samir