30 Noyabr 2016 13:00
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiyaya qarşı vədlərində ehtiyatlı olmalıdır".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Bernan deyib: "Rusiya ABŞ üçün bəzi sahələrdə əməkdaşlığın vacib olduğu təhlükəli rəqibdir".

Bernanın sözlərinə görə, bundan başqa, prezident seçkiləri ərəfəsində ABŞ-a edilən haker hücumlarında məsuliyyəti Rusiya daşıyır.

Qeyd edək ki, Tramp çıxışları zamanı Rusiya və ABŞ arasında münasibətlərin normallaşmasının tərəfdarı olduğunu deyib. O bildirib ki, Krımın Rusiyanın tərkib hissəsi olması məsələsinə yenidən baxacaq.

Samir


Müəllif:

Oxşar xəbərlər