"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriya prezidenti Bəşər Əsədlə bağlı dediyi fikir Moskvanın Suriya siyasətinə ziddir".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib:
"Kreml ümid edir ki, Ankara bu məsələyə aydınlıq gətirəcək. Ərdoğanın bu sözləri ciddi bəyanatdır. Rusiya yeganə dövlətdir ki, onun ordusu Suriyanın legitim hakimiyyətinin dəvəti ilə bu ölkədir".
Peskov əlavə edib ki, Ərdoğanın bu bəyanatının Rusiya-Türkiyə münasibətlərinə təsirindən danışmaq hələlik tezdir.
Qeyd edək ki, Ərdoğanın sözlərinə görə, Ankaranın Suriyadakı əsas hərbi vəzifəsi Bəşər Əsədi devirməkdir.
Samir