"Ukrayna Silahlı Qüvvələri təhlükələrə baxmayaraq, öz sərhədləri daxilində planlaşdırılmış bütün təlimləri keçirəcək".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin sözçüsü Andrey Lısenko deyib:
"O ki qaldı təhlükələrə, onlar bizə maneə ola bilməz. Ukrayna müstəqil ölkədir və bütün təlimlər planlı formada həyata keçirilir. Təlimlərin harda və nə vaxt keçirilməsinə Ukrayna hökuməti qərar verir. Heç kim bizə göstəriş verməsin!"
Qeyd edək ki, ötən həftə Ukrayna Müdafiə Nazirliyi dekabrın 1-2-də Krım yaxınlığında hərbi təlimlər keçirəcəyi ilə bağlı xəbər yaymışdı. Bu məsələ Rusiyanın etirazına səbəb olub və Moskva Kiyevə xəbərdarlıq məktubu göndərib. Məktubda bildirilib ki, əgər Kiyev hərbi təlim keçirsə, Moskva ilk növbədə, Ukraynanın raketlərini məhv edəcək. İkinci addımda isə Ukraynanın ağır artilleriyasına raket zərbələri endirəcək.
Samir