Dünya tarixinin qadınlardan ibarət ən böyük ekspedisiyası yer kürəsinin cənub qütbünə – Antraktidaya yola düşür. Teleqraf.com-un məlumatına görə, bu barədə “Röyters” məlumat yayıb. Ekspedisiyanın təşəbbüskarı Avstraliya sakini Fabian Dattnerdir.
Ekspedisiyaya 76 alim daxildir. Onların hamısı qadındır.
Ekspedisiyanın Antarktidada 20 gün qalması nəzərdə tutulub. Alimlər qrupu dekabrın 4-də Argentinadan yola düşəcək. “Ekspedisiyanın əsas məqsədi kişilərin planetin iqlim dəyişilmələrinə təsirini araşdırmaqdan və elmdə onların dominant rol oynamasına meydan oxumaqdan ibarətdir. Ana təbiətin öz qızlarına ehtiyacı var”, deyə Dattner bildirib.
Dattner etiraf edib ki, Antarktidaya ekspedisiya təşkil etmək qərarına qütb səyyahlarından eşitdiyi bir zarafatdan sonra gəlib. Belə ki, qütbçülər Antarktidanın araşdırılmasında aparıcı mövqeyə malik olmaq üçün saqqallı olmağın vacibliyini bildiriblər.
Xatırladaq ki, YUNESKO-nun məlumatına görə, qadınlar dünya üzrə elmi araşdırmaçıların 28 faizni təşkil edirlər. Baş elmi araşdırmaçılarla bağlı isə bu faiz daha aşağıdır.
Səxavət