Ukraynanın cənub-şərq vilayətlərində gedən döyüşlərdə ordu qüvvələri itki verib.
Teleqraf.com anspress-ə istinadən məlumat verir ki, Ukrayna mətbuatı yazır ki, bu gün günorta saatlarından sonra separatçılar fəallaşıb. Ordu qüvvələri ilə rusiyameylli silahlılar arasında gedən döyüşlərdə 9 hərbçi ölüb, 13 nəfər isə yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Ukraynanın Luqansk və Donetsk vilayətlərində keçirilən antiterror əməliyyatları zamanı 197 hərbçi ölüb, 655 nəfər isə yaralanıb.