4 İyul 2014 19:08
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Xarici İşlər Nazirliyi olkə səmasında "sistematik kobud pozuntular"a görə Rusiyaya etiraz unvanlayıb.

Ukrayna tərəfi belə hadisələrin dayandırılması və onların araşdırılması tələbi ilə Rusiya tərəfinə nota göndərib.

Ukrayna xarici siyasət idarəsinin məlumatına görə, dünən gün ərzində Ukraynanın hava boşluğu bir neçə dəfə pozulub.

"Rusiya silahlı qüvvələrinin fərqləndirici nişanları ilə 2 döyüş vertolyotu Mİ-8 və Mİ-24 qırıcı təyyarəsi bir neçə dəfə Ukraynanın hava boşluğuna qanunsuz girib. Onlar xüsusən "Aleksandrovka" buraxılış məntəqəsi ərazisində hava sərhədini dəfələrlə pozub.

Həmin gün Rusiya silahlı qüvvələrinin iki vertolyotu "Doljanski" buraxılış məntəqəsinin üstündə uçuşlar edib”, - deyə Ukraynanın Xarici İşlər Nazirliyi bildirib.

Ukraynanın verdiyi notaya hələki rəsmi Moskva reaksiya verməyib. Daha əvvəl Rusiya tərəfi Ukraynanın sərhədlərinin pozulması ittihamlarını dəfələrlə rədd edib.


Müəllif: