5 İyul 2014 10:07
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kalendiya nəzarət nöqtəsi ilə Ramallah arasında İsrail əsgərləri ilə Fələstinlilərin toqquşması nəticəsində 6 nəfər yaralanıb.

Qarşıdurma 17 yaşındakı Fələstinli gənc Məhəmməd Hüseyn Əbu Hüdayrın Şərqi Qüdsdə qaçırıldıqdan sonra öldürülməsini etiraz etmək məqsədiylə Fələstinli gənclərin Kalendiya idarə nöqtəsinə gedən əsas küçələrində yandırdıqları avtomobil şinləri və daşlarla örtməsindən sonra başlayır.

Daş və molotof kokteyli atan fələstinli gənclərə, İsrail əsgərlərinin plastik və hətta əsl güllə ilə səs və qaz bombasıyla cavab verdiyini dilə gətirən şahidlər, qazdan təsirlənən onlarla adamın ayaqda müalicə edildiyini qeyd etdi.

Qeyd edək ki, Əbu Hudayr adlı fələstinli gənc 2 İyulda, Qüdsün şimalındakı Şufat bölgəsində səhər saatlarında Yəhudilərin çox qaldığı məhəllədə ölü olaraq tapılıb. Şərqi Qüdsdə dünən Əbu Hudayr üçün təşkil edilən cənazə mərasiminə təxminən 10 min Fələstinli qatılıb. İsrail polisi fələstinliləri dağıtmaq üçün gözyaşartıcı qaz və plastik güllə istifadə edir, Fələstinlilər isə fişənglərlə cavab vermişdi. Hadisə yerində olan çox sayda təcili yardım, yaralıları xəstəxanalara çatdırıb./ans press/


Müəllif: