6 İyul 2014 11:19
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin Hyuston şəhərində keçirilən musiqi festivalına silahlı hücum olub.

Naməlum şəxs bir neçə min insanın yığışdığı “Karib” festivalı zamanı birdən səhnəyə atəş açmağa başlayıb.

Nəticədə biri ağır olan 4 nəfər yaralanıb. Festivalın qonaqları arasında həyəcan yaşanıb. Kütlə qaçaraq canını qurtarmaq istəyən vaxt 2 qadın tapdağ altında qalır. Onların vəziyyəti haqqında məlumat yoxdur.

Xilasedicilər 2 tərəfli yolda insanların festivaldan qaçaraq canlarını qurtarmaq istədikəri üçün yollarda tıxac yarandığından hadisə yerinə bir neçə saat gecikiblər. Nəticədə yaralananlara ilk tibbi yardımı personal və kütlə arasında olan həkimlər tərəfindən edilib. Cinayətkarın yaxalanması mümkün olmasa da, axtarışlar davam edir.

Qeyd edək ki, festivalı 30 polis müdafiə edirdi. Sadəcə onlar səhnədə yox, festivalın məkanının perimetri boyunca səpələnmişdilər./anspress/


Müəllif: