6 İyul 2014 11:59
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriya ordusu ölkənin şimal-şərqindəki Borno ştatında hərbi bazaya hücum edərək “Boko Haram” terror qruplaşmasının 53 üzvünü məhv edib.

“Boko Haram” silahlıları iyulun 5-də Damboa şəhərində yerləşən hərbi bazanı ələ keçirməyə cəhd ediblər.

Nigeriyanın müdafiə nazirliyi döyüşdə 6 hərbçinin həlak olduğunu bildirib.

Qeyd edək ki, “Boko Haram” terror qruplaşmasının üzvləri təhsilin qərb modelinə qarşıdırlar və Nigeriyada hökuməti devirərək ölkədə şəriət dövləti yaratmaq istəyirlər. 2013-cü ilin mayında Nigeriyanın prezidenti Qudlak Conatan ölkənin bir neçə ştatında fövqəladə vəziyyət elan edərək “Boka Haram” qruplaşmasına qarşı hərbi əməliyyatın başlanmasını bəyan edib./anspress/


Müəllif: