6 İyul 2014 17:58
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə dəhşətli yanğın hadisəsi baş verib.

Yanğın ölkənin Təkirdağ vilayətinin Çorlu bölgəsində yerləşən kimya fabriklərindən birində meydana gəlib.

Kimyəvi məshulların istehsal edildiyi bir şöbədə baş verən yanğın tezliklə bütün fabriki əhatə edib.

Yanğının səbəb olduğu qatı duman üzündən yollar bağlanıb.

Hadisə yerinə 6 yanğınsöndürən maşın cəlb olunub. Yanğın zamanı yanğınsöndürənlərdən bəzilərinin kimyəvi maddələrin təsirindən zəhərləndikləri bildirilir.

Hadisə zamanı ölən və yaralananların olması barəsində məlumat verilmir./anspress/


Müəllif: