BMT Təhlükəsizlik Şurasında Türkiyə və Rusiyanın Suriyada atəşkəsə nail olmaq və siyasi danışıqları sürətləndirməyə yönələn səylərini dəstəkləyən qərar yekdilliklə qəbul edilib.
Teleqraf.com-un "Sabah"a xəbərinə görə, qərarda Suriyaya "təcili, etibarlı və maneəsiz" humanitar yardımın çatdırılması, yanvar ayının sonundan Suriya hökuməti və müxaliflər arasında Qazaxıstanın paytaxtı Astanada BMT-nin araçılığı ilə müzakirələrin başlaması məsələsi də əksini tapıb.
Nihad