1 Yanvar 2017 10:18
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İstanbuldakı “Reina” gecə klubunda qətliam bir terrorçu tərəfindən törədilib”.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə daxili işlər naziri Süleyman Soylu bildirib.

S.Soylu deyib ki, bir qətliam törədilib. Olayda həyatını itirən 39 nəfərdən 4-ü də “Reina” gecə klubunun işçiləridir. Türkiyənin daxili işlər naziri Santa Klaus geyimində gecə klubuna daxil olan şəxsin qətliamdan sonra paltarını dəyişərək oradan qaçdığını da söyləyib.

Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ isə terror aktı nəticəsində 39 nəfərin öldüyünü, xəstəxanalarda hazırda 65 yaralının olduğunu açıqlayıb. Yaralılardan 4-nün vəziyyəti ağırdır.



Müəllif:

Oxşar xəbərlər