İstanbulda Yeni il gecəsi baş verən və 39 nəfərin şəhid olması ilə nəticələnən terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
Teleqraf.com-un "CNN Türk"ə istinadən xəbərinə görə, bu barədə Röyter agentliyi bildirib. Röyterin xəbərində bildirilir ki, İŞİD Reinadakı terrora görə məsuliyyəti öz üzərinə götürüb.
Qeyd edək ki, terror aktı nəticəsində 39 nəfər həlak olub, 46 nəfər yaralanıb. Qeyd edək ki, bundan 65 nəfərin yaralandığı açıqlanmışdı.
Nərgiz