3 Yanvar 2017 09:17
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda gecə klubuna silahlı hücum təşkil edən şəxsin ailəsi polislər tərəfindən saxlanılıb.

Teleqraf.com xəbər verir ki, əslən uyğur türkü olduğu iddia edilən terrorçunun ötən il noyabrın 26-da ailəsi ilə birlikdə Türkiyənin Konya şəhərinə gəldiyi məlum olub. Hətta o, diqqət çəkməmək üçün həyat yoldaşı və iki uşağını da özü ilə birgə gətirib.

Xatırladaq ki, terrorçunun kimliyi də müəyyənləşib və hazırda onun tutulması istiqamətində tədbirlər davam edir.

Yeni il gecəsi İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum edilib. Hadisə zamanı 16-sı əcnəbi olmaqla, ümumilikdə 39 nəfər həlak olub. Ölənlər arasında Səudiyyə Ərəbistanı, Mərakeş, Livan, Liviya, İordaniya və İsrail vətəndaşları var.


Müəllif:

Oxşar xəbərlər